Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda son 1 ildə şəhid ailələri üçün 6 ev tikilmişdir


    


 

Həmin evlər haqqında məlumatı  və şəkilləri diqqətinizə çatdırırıq

(Məlimat Masallı İcra hakimiyyəti tərəfindən təqdim olunub )

 

Birinci Qarabağ müharibəsi zamanı Masallı rayonu üzrə 186 şəhid, 188 müharibə əlili və 620 müharibə iştirakçısı, Vətən müharibəsi zamanı 62 şəhid, 70 müharibə əlili və 1364 müharibə iştirakçısı, 19 sentyabr 2023-cü il tarixdə 23 saat davam edən antiterror əməliyyatları zamanı Masallı rayonundan 8 şəhid  və 12 yaralımız olmuşdur ki,  onların da vəziyyəti qənaətbəxşdir.

Rayonumuzda dəfn edilən 56 şəhidin baş daşları və qəbrüstü abidələrinin düzəldilməsi Rayon İcra Hakimiyyəti başçısı, Millət vəkilləri, sahibkarlar və digər iş adamlarının maddi dəstəyi ilə təmin edilmiş və ümumilikdə 261 min 850 manat vəsait xərclənmişdir.

19 sentyabr 2023-cü il tarixdə 23 saat davam edən antiterror əməliyyatları zamanı şəhid olmuş  6 şəhidin məzar daşları qoyulmuş, bunun üçün hər bir məzar daşına 6600 manat vəsait xərclənmişdir.

 

 3, 7 və 40 mərasimlərində iştirak edilmiş, maddi yardım göstərilmiş və onların sosial problemləri ilə maraqlanılmışdır. Antiterror əməliyatları zamanı yaralanmış 12 hərbi qulluqçu həm müalicə aldıqları tibb müəssisəsində həm də yaşadıqları ünvanda ziyarət edilərək onlara maddi yardım göstərilmişdir.

Şəhid ailələrinə 2022-ci ilin avqust ayından hal-hazırki dövrə kimi ümumilikdə 

188 min 300 manat,

 müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə iştirakçılarına ümumilikdə  72 min 450 manat 

məbləğində maddi yardım edilmişdir. 

Şəhid adları daşıyan küçələrə asfalt örtük vurularaq əsaslı təmir edilir və bu prosses davam etdirilir. 

61 şəhid adına olan küçə və həyətlərinə asfalt örtük vurularaq əsaslı təmir edilmişdir.

 Ümumilikdə 62 min 30 kvadrat metr asfalt örtük vurulmuşdur ki, bunada 744 min manat pul xərclənmişdir. 

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Böyük Xocavar 

eyni zamanda şəhid Gözəlov Ziyanın bacısına toy hədiyyəsi olaraq mebel dəstləri hədiyyə etmişdir

Əlavə olaraq bildiririk ki, Vətən müharibəsi bitdikdən sonra bugünki günə kimi imtiyazlı şəxslərə ümumilikdə 376 min 600 manat məbləğində maddi yardım edilmiş və bu prosses davam etdirilir.

Masallı Rayon İcra hakimiyyəti.



  1. 14 dekabr 2022-ci il tarixdə Masallı rayonunun Böyük Xocavar kəndində Birinci Qarabağ şəhidi Bəyalı İlyas oğlu Məmmədovun ailəsi üçün fərdi yaşayışevi tikilmiş və şəhid anası Tahirə Mustafayevaya təqdim edilmişdir.

3 avqust 2023-cü il tarixdə Masallının rayonunun Rüdəkənar kəndində I Qarabağ müharibəsi şəhidi Qurbanov Arzuman Mirzəli oğluun ailəsi üçün tikilən fərdi yaşayış evinin açılışı edilmiş və şəhid anası Nabat Qurbanovaya təqdim edilmişdir.


  1. 08.09.2023-cü il Masallı şəhəri Ə.Topçubaşov küçəsində Vətən müharibəsi şəhidi Əzizov Raqib Vidadi oğluun ailəsi üçün tikilən birmərtəbəli fərdi yaşayış evinin açılışı edilmiş və şəhid ailəsi Bahar Əzizovaya təqdim edilmişdir. 


    • 12 dekabr 2023-cü il tarixdə Masallı rayonu Bala Təklə kəndində, I Qarabağ müharibəsi şəhidi Yavər Balaxan oğlu Ağayevin ailəsi üçün tikilən birmərtəbəli fərdi yaşayış evinin açılışı edilmiş, Şəhid anası Xədicə Süleymanova təqdim edilmişdir.
    • Tüklə kəndində şəhid Xəlilov Zəfər Asəf oğlunun ailəsi üçün 1 mərtəbəli kürsülü, fərdi yaşayış evi tikilmişdir.
      06 dekabr 2023-cü il tarixdə Masallı rayonunun Köçəkli kəndində I Qarabağ müharibəsi şəhidi, Yaqubov Ceyhun Sabir oğlunun ailəsi üçün tikilən birmərtəbəli, 3 otaqlı  fərdi yaşayış evinin aşılışı edilmiş və şəhid atası Sabir Yaqubova təqdim edilmişdir. 




Cenub.az Turan Əlisoy














Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10