Ölkə başçısının 11 dekabr 2023-ci il tarixli sərəncamı ilə Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı 1milyon 700 min manat pul ayrılıb.
Məlumat üçün bildirək ki, Masallı-Yardımlı yolunun uzunluğu 56 kilometrdir. Bu yolun 17 kilometri (Masallı şəhərinin mərkəzindən Yardımlı yolunun 17-ci kilometrinədək məsafəniəhatə edir).
Əsaslı təmir olunacaq yol 17-ci kilometrdən başlayaraq Sırıq kəndinə qədər, həmin hissədən sol tərəfə, Lerik yoluna istimaət götürərək Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran kəndlərini keçərək Lerik-Xanagah yolu il birləşəcək. Beləliklə Lerikdən Yardımlı yoluna rahat şəkildə çıxmaq olacaq.
Bundan əlavə Yardımlının Sırıq kəndindən Cəlilabad istiqamətinə 5 kilometr məsafəyə asfalt döşənəcək. Beləliklə Lerik rayonunda Masallını “görmədən” Yardımlı- Cəlilabadı keçməklə paytaxta daha rahat çıxış əldə ediləcək.
Yeni təmir olunacaq yolu Mahmud Bağırovun rəhbərlik etdiyi 47 saylı Yol İstismar İdarə inşa edəcək.
Yolun inşasına 2024-cü ilin əvvəllərində başlanacaq.
7 kəndi, 5 min nəfər əhalini əhatə edəcək yeni təmir olunacaq yolun xəritəsi əlavə olunur.
Cenub.az. Turan Əlisoy