“Cenub.az”-ın verdiyi məlumata görə Masallıda fəaliyyət göstərən “Ümidim sənsən” İctimai Birliyinin rəhbəri yenə də ad gününü rayondakı şəhid övladları və anaları ilə birgə keçirdi. Birliyin rəhbəri Fidan Abbaslı cenub.az-a bildirib ki, 3 ildir ad günümü, eləcə də Novruz və Qurban bayramlarını şəhid ailələri ilə birgə keçiririk. Bu il də ənənəmizə sadiq qaldıq.
“Viləşpalacehotel” Ailəvi istirahət Mərkəzində baş tutan tədbirdə rayonumuzdakı 50 nəfərə yaxın şəhid anaları vəşəhid övladları iştirak edirdi. Biz artıq bu həssas qrupla elə doğmalaşmışıq ki, onların hər biri bizi öz əzizi, qayğıkeşi sayır. Biz təkcə onlarla öz ad günümüz yox, eləcə də onların ad günündə də birgə oluruq. Ailə qayğılarına dəstək oluruq.
3 saata yaxın keçən bu tədbirdə şəhid balalarını nisgilini ununtdurmaq üçün mümkün olan hər şeyi etdik.
Tədbirə Bakıdan gənc müğənni Arif Səlimov, Lənkərandan Nurlan Ziyafətoğlu. Masallıdan Şamo İbayev və Naza Veysəlova qatılmışdı. Onlar gözəl ifaları ilə məclisə özgə təravət gətirdilər. Bundan əlavə “Masallı.xına.dekorları”qrupunun rəhbəri Gülsəba xanımın kollektivi, Şən klounlar və Panda şou qrupu şəhid balalarına unudulmaz anlar yaşatdı.
Tədbirdə öncə şəhidlərin xatirəsi Azərbaycanın Dövlət himninsədaları ilə yad edildi.
50 dən artıq olan bu ailələri sevincinə Viləş istirahət mərkəzinin kollektivi başda Novruz Seyfullayev olmaqla bütün heyət qatılmışdı.
Bundan əlavə Masallı.xına.dekorları Gülsəba xanımın kollektivi , Şən klounlar və Panda şou təşkil etmişdi.
Bu tədbirin təşkilində bizə dəstək olan Masallının xeyriyyəçi xanımı Hacıxanım Mətanət Salayeva , eləcə də belə xeyirxah tədbirlərə köməyini əsirgəməyən iş adamı Novruz Seyfullayevvə başqalarına “Ümidi sənsən”İB-nin və şəhid ailələrinin adından minnətdarlığımızı bildiririk.
Belə tədbirlərimizi ilk olmadığı kimi, sonuncu da deyil. Xeyirxah insanların dəstəyi ilə belə aksiyaları davam etdirəcəyik.
Turan Əlisoy. Cenub.az
https://youtu.be/IqRtUVtiCiE?si=88KLAhuwyWmw-qFd