Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəkər qaraciyəri belə MƏHV EDİR: "Alkoqoldan daha təhlükəlidir"











"Həddindən artıq şəkər istehlakı qaraciyərin sağlamlığına ciddi zərər verə bilər, hətta alkoqoldan daha təhlükəlidir".

Publika.az xəbər verir ki, bubu diyetoloq Aleksey Kabanov bildirib.

Onun sözlərinə görə, şəkər qaraciyər üçün ən təhlükəli məhsuldur və Tibbi təcrübə göstərir ki, o, spirtdən daha tez zərər verə bilər:

"Ən çox görülən qaraciyər xəstəliklərindən bəziləri şəkər və sadə karbohidratların həddindən artıq istehlakı, həmçinin qaraciyər yağlanması ilə əlaqədardır".

Dietoloq Kabanov vurğulayıb ki, şəkər və heyvan mənşəli yağların birləşməsi qaraciyər üçün xüsusilə təhlükəlidir.

"İsanlar şirniyyat, çörək məhsulları, fast food və qazlı içkilər şəklində çox miqdarda şəkər istehlak edirlər. Yarım stəkan soda böyüklər üçün gündəlik şəkər ehtiyacını ehtiva edir. Qida ilə soda içmək vərdişi də qaraciyərin vəziyyəti üçün mənfi amildir. Nəticədə piy yığılır və iltihab yaranır ki, bu da siroz və qaraciyər xərçənginin inkişafına səbəb ola bilər, - Kabanovizah edib.

Hüseyn İbadlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10