Baku TV-nin yeni layihəsi efirə gedib.
“Oralarda necədir?” adlı rubrikada Avropanın gözü, incəsənətin beşiyi sayılan İtaliyanın Florensiya şəhərindən bəhs olunub.
Qeyd olunub ki, burada həbsxanalar yaşayış evlərinə çevrilir, şahzadə isə öz malikanəsini 25 ilə təmir edə bilir, muzeylərdən isə qəribə səslər gəlir.
Məşhur fransız yazıçısı Stendal isə, bu şəhərə səyahətindən sonra belə yazıb:
“Santa Kroçedən ayrılanda ürəyim bərk döyünürdü, gücüm bədənimi tərk edirdi, yıxılmaqdan qorxaraq yeriyirdim”.
Qeyd edək ki, bu hisslərə sonradan Florensiya sindromu adını veriblər.
Ətraflı Baku TV-nin süjetində: