Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

500 minlik avtomobilləri 40 minə satdılar: İşin üstü açılınca polis belə mat qaldı...



Braziliyada saxta avtomobillər istehsal edən zavod aşkar edilib.

Moderator.azdünya mediasına istinadən xəbər verir ki, xeyli sayda insanın çalışdığı zavod “Ferrari”, “Lamborghini” kimi məşhur avtomobil markalarının saxta istehsalı ilə məşğul olub. Dünya bazarında qiyməti 200 mindən başlayan avtomobilləri 40-60 min dollara bazara çıxaran zavod, zahirən əslindən heç nə ilə fərqlənməyən avtomobillərə müştəri tapmaqda çətinlik çəkməyib. Bahalı avtomobilləri “sudan ucuz” qiymətə almaqla udduqlarını düşünən müştərilər polisin keçirdiyi əməliyyatla məyus olub. Məhz bu əməliyyat nəticəsində bəlli olub ki, avtomobillərin hamısı saxtadır və onlara verilən 40-60 min dollar məbləğində belə dəyər kəsb etmirlər.

Əməliyyatın İtaliya dövlətinin şikayəti əsasında aparıldığı bildirilir. Belə ki, dünya bazarında İtaliyada istehsal edilməyən avtomobillərin İtaliya istehsallı maşınlar kimi müştərilərə təqdim edildiyini müəyyənləşdirən italyan polisi bu barədə braziliyalı həmkarlarını məlumatlandırıb. Braziliya polisinin gerçəkləşdirdiyi əməliyyat nəticəsində İtaliya büdcəsinə milyonlarla manat ziyan vuran saxta avtomobil zavodu qapadılıb.


Seymur ƏLİYEV






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10