Masallıda 3 nəfər DYP əməkdaşları işlərində nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıblar.
Cenub.az-a daxil olan məlumata görə 3 nəfər DYP əməkdaşlarının işlərindən uzaqlaşdırılmasına səbəb, Yardımlı rayonu istiqamətindən gələn nəqliyyat vasitəsinə baxış keçirib, sonra sərbəst buraxılması bildirilir. Qeyri - rəsmi məlumata görə həmin nəqliyyat vasitəsində narkotik maddə olub. Nəqliyyat vasitəsi sərbəst buraxıldıqdan sonra BANDOTDEL həmin maşını Salyan rayonu ərazisində saxlayıb. Maşına baxış keçirilən zaman küllü miqdarda narkotik vasitə aşkarlanıb. Bu barədə DİN - ə məlumat verilib. Qərara alınıb ki, həmin 3 nəfər DYP əməkdaşları vəzifələrindən azad olunsunlar.
Fakt üzrə araşdırmalar davam etdirilir.