Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ŞOK ARAŞDIRMA: "Dinozavrlar olmasaydı, insan yüz ildən çox yaşaya bilərdi"


İnsan əcdadları dinozavrlar tərəfindən yeyilməmək üçün gecə həyat tərzi keçirəndə qocalma əleyhinə mühüm molekulları itiriblər.

Bununla bağlı tədqiqat "BioEssays" jurnalında dərc olunub.

Məməlilərin (insanlar da daxil olmaqla) və sürünənlərin nə qədər tez qocalması arasında nəzərəçarpacaq fərq var. Birmingem Universitetindən alim Joao Pedro de Magalhaes, bu uyğunsuzluğun milyonlarla il əvvəl, məməlilərin inkişafında kritik bir dövrdə dinozavrların hökmranlığı ilə bağlı ola biləcəyini təxmin edib.

Nəşr edilən araşdırmada qeyd olunur ki, dinozavrlar dövründə insan əcdadları ultrabənövşəyi işığın vurduğu zədələri bərpa edən fotoliazları, fermentləri itirmiş kimi görünür. Bu itki məməlilərin gecə həyat sürməsi səbəbindən baş vermiş ola bilər.

Həmçinin, dinozavrların dövründə məməlilərin uzun yaşamaqdansa, tez çoxala bilməsi daha vacib idi. Buna görə də təbii seçmə uzunömürlülüklə əlaqəli genlərin itirilməsinə səbəb olub.

Bu, sadəcə bir fərziyyə olsa da, gələcəkdə xərçəngin məməlilərdə niyə daha çox yayıldığını izah etmək mümkün ola bilər. Bundan əlavə, qocalmağa səbəb olan faktorların daha yaxşı başa düşülməsi demans və insult daxil olmaqla, yaşa bağlı xəstəliklərlə mübarizəni yaxşılaşdıra bilər./Publika.az

Hüseyn İbadlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10