Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Bulvar-parkı -vədlər nə vaxt reallaşacaq?




Hələlik, bu yayı da masallılar Astara bulvarında gəzə bilər. Qəzənfər müəllim də özgəsi deyil

 

Son illər yerli hakimiyyətin ən çox tirajladığı, hər tədbirdə fəxrlə vurğuladığı xəbərlərdən biri də Masallıda inşa ediləcək bulvarın tikintisi idi. 2017-ci ildən tikintisinə başlanmış bu istirahət obyektində ilk vaxtlar bir sıra işlər də görüldü. Vəd də verildi ki, 2018-ci ilin mart ayında, yəni Novruz Bayramında  Park-Bulvarın bir hissəsi istifadəyə veriləcək. Xətai parkında oturmağa normal oturacaq tapmayan (daha ayaqyolunu demirəm) cavanlar, ağsaqqallar ümidləndilər ki, bu parkda görmədiklərinigedib təzə bulvarda görərlər, dincələrlər. 

İndi nəinki 2018-ci ilin, 2019-cu ilin martı, Novruz Bayramı arxada qaldı. Lakin Masallı Park-Bulvarında daş üstdə daş qoyulmur.



Masallı İcra Hakimiyyəti Başçının bu yaxınlarda təyin edilmiş müavini Adəm Məhərrəmov bu barədə sorğumuza cavab verərək aşağıdakıları bildirdi:
Masallıdakı Park-Bulvarın inşasının uğurla başa çatması hamımızın arzusudur. Əvvəlki illərdə daxili imkanlar hesabına bir sıra işlər görüldü. Hazırda vəsait olmadığı uşun işlər dayanıb. Nə vaxt vəsait ayrılarsa, dərhal işlərə start verəcəyik.


Onu da xatırladaq ki, ölkə başçısı cənab İlham Əliyev 2017-ci ildə Masallıya səfər edərkən olduqca qısa müddətə də olsa həmin Park-Bulvarın inşa ediləcəyi yerə baxmışdı.

 

Park-Bulvarla bağlı 2017-ci ildə hazırladığımız yazını bu linkdə oxuya bilərsiniz:

http://cenub.az/1330-masallida-insha-edilen-bulvardan-xeber-var.html


Zahir







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10