Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan 4 kəndi “dəyişmək” istəyir: bəs, digər 4 kənd?


Paşinyan anklavlar məsələsinin danışıqlar mövzusu olduğunu deyib və iddia edib ki, Azərbaycan kəndlərini istəyirsə, Başkəndi Ermənistana verməlidir.

Bu sözləri politoloq Asif Nərimanlı Ermənistan Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı sözlərini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, burada diqqətçəkən məqam onun irəli sürdüyü təklifdir:

"Erməni baş nazir anklavlar məsələsini qarşılıqlı tanınma ilə həllini təklif edir: onların olduğunu iddia etdiyi Başkənd bizdə qalır, anklav olan Kərki və Qazaxın 3 kəndi - Yuxarı Əskipara, Bərxudarlı və Sofulu onlarda; beləliklə, Başkəndlə 4 kəndimizi "barter" etmək istəyir.

Və bu təklifini anklavlar qaytarılacağı təqdirdə həmin ərazi ilə əlaqə qurmaq üçün dəhlizlərə ehtiyac olması ilə əlaqələndirir.

Paşinyan bilir ki, Azərbaycan Başkəndi müzakirə etməyəcək, belə təkliflə anklavlar məsələsini arxa plana keçirməyə cəhd göstərir. Hərçənd, Qazaxın 4 kəndi - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli anklav deyil. Ermənistan anklav məsələsini müzakirə etməmişdən öncə bu kəndləri qaytarmalıdır"./axar.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10