Noyabrın 23-də Lənkəran şəhər Heydər Əliyev parkında “Azərsun Holding” MMC-nin təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Ən böyük qazan” adlı layihə çərçivəsində festival keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində tanınmış kulinar Əliheydər Məmmədovun hazırladığı müxtəlif növ plovlar izləyənlərə dadmaq üçün təqdim olunub. Bundan başqa, müxtəlif animasiyalar – uzun boy adamlar, od püskürən, və başqa şoular təqdim edilib, tamaşaçıların bir qisminə hədiyyələr paylanılıb.
Tədbirdə populyar müğənnilər Kazımcan, Elvin Babazadə, RR Show Band öz ifaları ilə qonaqları əyləndirməyə çalışıblar. Festival boyu Azərbaycan Dövlət rəqs ansamblının əməkdaşları müxtəlif rəqs nömrələri nümayiş etdiriblər. Yerli insanların zövqünü oxşayan festival yüksək ovqatla yaddaşlarda qalıb/lenkeran-ih.gov.az