Cenub.az saytı bildirir ki, Masallı rayonundakı ərazilər sürətlə qazlaşdırılır. Belə ki, 1 şəhər, 2 qəsəbə və 100 kəndi özündə birləşdirən Masallı rayonunda ərazilərin 90-dan çoxu qazlaşdırılıb. Sabah, 23 noyabrda daha bir kənd, Ninəlov kəndində də (Eləcə də Şərəfə kəndindəki yeni məhəllədə) qaz xəttinin açılışı olacaq. Bununla da qazlaşdırılmamış ərazilərin sayı 11-ə enəcək.
Artıq məhəllələr arası xətlərin birləşməsi işi qalan Qodman Ərazi Dairəsinin Əzizabad və Məmmədrzaküçə kəndlərinin qazlaşması 2024-cü ilin 1-ci yarısında həllini tapacaq. Bəs digər 9 kənd nə vaxt qazlaşacaq?
Masallı Qaz istismarı idarəsindən aldığımız məlumata görə Güllütəpə Ərazi Dairəsinə daxil olan Güllütəpə, Əmirtürbə, Zuvand və Yolağac kəndlərinin, eləcə də Rüdakənar (Mahmudavar), Nəzəroba (Miyənku), Şıxlar və Dənbəlov (Qəriblər) kəndlərində isə qazlaşma işləri yaxın illərdə öz həllini tapacaq.
Cenub.az. Abdul. Əsgərli