Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlı. Zabidov sərbəst buraxıldı


Noyabrın 17-də səhər saatlarında Azərbaycanın Yardımlı rayonunda saxlanılan fəal Cəlil Zabidov və onun qohumları axşam saatlarında sərbəst buraxılıb.
Bu barədə Zabidov “Turan”a danışıb.
Fəal bildirib ki, noyabrın 17-də səhər o, oğlu, qardaşı və qardaşı oğlu ilə birgə saxlanılıb:
“Hərdən mərkəzə gedirəm, orada yol boyu maşınımdan göyərti və tərəvəz satıram. Orada başqa insanlar da ticarət edir. Bu gün səhər qardaşımla ora gedəndə bizi saxladılar. Üstəlik, azyaşlı olan oğlum və qardaşım oğlu da saxlanılıb. Onlar bizimlə birlikdə mərkəzə dərs hazırlığına gəliblər”.
Onun sözlərinə görə, formal olaraq saxlanılmasının səbəbi qanunsuz küçə ticarəti ilə izah edilib:
“İnsanları nə vaxtdan xırda alverə görə saxlamağa başlayıblar? Azyaşlı uşaqların saxlanması tamamilə qanunsuzdur”.
Zabidov həmçinin vurğulayıb ki, polisdə onun telefonu sındırılıb.
Bildirib ki, o, protokolu imzalamaqdan imtina edib və polisi tərk edərək polisin hərəkətindən şikayət etmək üçün rayon prokurorluğuna gedib.
Zabidov hesab edir ki, saxlanılmasının əsl səbəbi sosial şəbəkələrdəki fəaliyyəti olub.
O qeyd edib ki, həbs olunduğu ərəfədə Masallı rayonunda intihar edən müharibə veteranının fotosunu paylaşıb. Bundan əlavə, o, dövlətin bayraq meydanlarının tikintisinə böyük  məbləğlərin xərcləməsini tənqid edən video yayıb. Videoda, bu vəsaitlərin gənclərin təhsilinə yönəldilməsinin zəruriliyi qeyd edilib.

***13:04
İctimai fəal Cəlil Zabidovun ailə üzvləri ilə birlikdə saxlanıldığı iddia olunur.
Bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Qeyd olunur ki, C. Zabidov Yardımlı rayonunda ailə üzvləri – oğlu, qardaşı və qardaşı oğlu ilə birlikdə polis tərəfindən heç bir səbəb göstərilmədən saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxslər qanunsuz küçə ticarəti ilə əlaqədar polis şöbəsinə dəvət olunublar:
“İnzibati protokol tərtib olunduqdan sonra buraxılacaqlar”./yeniavaz






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10