Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda tutulan Azərbaycan mafiyasının lideri Rusiyaya verildi - VİDEO


Bakıda saxlanılan “Azərbaycan mafiyası”nın lideri 17 yaşlı Tural Məmmədov Rusiyaya ektradisiya edilib.

Bu barədə Rusiya teleqram kanallarına istinadla bildirir. Məlumata görə, o, hazırda istintaq təcridxanasında saxlanılır.

Onun barəsində xuliqanlıq, nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlərlə əlaqədar ittiham elan olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl T. Məmmədovun Bakıda saxlanılması barədə xəbər vermişdik.

O, Rusiyanın Sankt-Peterburq şəhərində özlərini “Azərbaycan mafiyası” adlandıran yeniyetmələrdən ibarət dəstənin lideri olub. Dəstə üzvləri şəhər ərazisində yeniyetmələri döyərək videosunu sosial şəbəkədə paylaşıblar. Yerli polisin keçirdiyi əməliyyatlar nəticəsində dəstə üzvləri saxlanılsa da, T. Məmmədov ölkədən qaçmağı bacarmışdı. Buna görə də, Rusiya hüquq-mühafizə orqanları onun barəsində beynəlxalq axtarış qərarı vermişdi.Lent.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10