Dünyanın 15-dən artıq ölkəsində və şəhərində saytımız ardıcıl izlənilir
Masallı rayonunda yerləşməklə cenub.az 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk illərdə sayt Cənub xəbərləri qəzetinin elektron variantı kimi fəaliyyət göstərirdi. 2 il öncə maliyyə çətinliyindən qəzet bağlandı.
Ümid cenub.az saytına və Zahir Amanov profilimdəki “Cənub xəbərləri” səhifəmə qaldı. Biz əsasən cənub bölgəsi ilə bağlı xəbərləri, araşdırmaları paylaşırdıq. İnsanların internetə marağı yüksəldikcə oxucularımız israrla arzularını bildirdilər ki, cenub.az saytına ölkə və dünya xəbərləri də qoyulsun. Təbii ki, yerli, region xəbərlər kölgədə qalmamaq şərti ilə.
Biz də təxminən 1 həftədir ki, onların bu arzusunu reallaşdırır, saytımızda ölkə və dünya xəbərlərinə də yer ayırırıq, bir çox qruplarda paylaşmalarımızı artırmışıq.
Nəticə göz qabağındadır. google analytics statistikasında hər şeyi aydın görsənir. Saytımıza gündəlik baxış sayı sürətlə artıb 10, 15, 20 min həddini keçməyə başladı. İyulun 16-də isə gündəlik baxışın göstərici rekord həddə - 32.479 nəfərə çatdı. Hər gün izləyicilərin sırasına 200-300 yeni insan gəlir. Ay ərzində isə yeni istifadəçi daxil saytımıza 25 mindən artıq istifadəçi daxil olur.
Artıq reklamlarla bağlı təkliflər almaqdayıq.
Əsas izləyicilərimiz Azərbaycandan olsa da dünyanın aparıcı ölkələrində və şəhərlərində də daimi izləyicilərimiz var.
google analytics – dən götürdüyümüz cədvələ uyğun olaraq bildirə bilərik təkcə 16 iyulda bizi 15-dən artıq ölkədə və şəhərdə izləyənlər var. Əsas izləyicilərimiz Azərbaycan və Rusiyada olsa da İngiltərə, Almaniya, Hindistan, eləcə də mərkəzi şəhərlər Nyu-YORK, Istanbul, Sankt-Pterburq və digər şəhərlər də də az da bizi izləyənlər var.
Ülvini də tanıyın
Saytımızın bu uğurunda olduqca istedadlı gəncimiz Ülvinin də xidməti az deyil. Könüllü olaraq saytımızın adminliyini öz üzərinə götürüb.
Məlumat üçün bildirək ki, Ülvinin 19 yaşı var. Bədəlan kəndində anadan olub. Lənkəran Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin 4-cü kursunda oxuyur. Əlaçıdır. Gələcəkdə kompüterlə iqtisadiyyatın “möcüzəsin” yaratmaq, təhsilini magistraturada davam etdirmək arzusundadır.
Ulvinin kompüter bilgiləri çox mükəmməldir. Özü isə çox zəhmətkeş və dəqiqdir. Günün istənilən vaxtı - səhər tezdən, axşam 12-də yazı yollayırsan, 5 dəqiqəyə yazını saytda görürsən.
Çox sadə peşə sahibinin, elektrik Mahir kişinin ailəsində boya-boşa çatıb. Ailə Ülvi ilə fəxr edə bilər. Yəqin ki, onunla əməkdaşlığımız da davamlı olacaq.
Lakin unutmayaq ki, admin nə qədər güclü olsa da, ora ardıcıl maraqlı yazılar qoyulamayacaqsa, sayt dəyərin itirəcək.
Nazim Hikmətin məşhur misraları yəqin ki, yadınızdadır:
Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
Necə çıxar qaranlılqlar aydınlığa.
Fikrimizi bu konteksdə davam etdirsək:
Mən yazmasam,
Sən yazmasan,
Biz yazmasaq,
Necə çıxar bu saytımız aydınlığa.
“Təzə xəbər istəirsən? Mən də istəyirəm” yazımızdakı çağırışımızdan sonra səsimizə ilk səs verən ölkə miqyasında tanınmış yazıçı-jurnalist, həmyerlimiz Nurəddin Ədiloğlu oldu. Siz artıq onun yazılarını saytımızda görürsünüz.
Yeri gəlmişkən saytın texniki redaktoru, proqramçı Tural Rəsulzadəyə də təşəkkürümüzü bildiririk. O daim saytımızı maraqlı əlavələri, dizaynı ilə təkmilləşdirir.
Bir daha xahişimiz- saytımıza dəstək olun. Qoy cənub bölgəsinin mötəbər bir informasiya portalını yaradaq.
Dünyanın harasında olmasından asılı olmayaraq bu bölgənin övladlar yurd haqqında həm dolğun məlumatlar alsınlar və bizə maraqlı məlumatlar ünvansınlar.
Zahir ƏMƏNOV. Saytın rəhbəri