"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubun yarımmüdafiəçisi Arda Gülərin fiziki vəziyyətindən danışıb.
BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.
“O, bu həftə komanda ilə məşqlərə başladı. Sabah heyətdə yer alacaq. Yavaş-yavaş ona verilən oyun vaxtını artıracağıq", - təcrübəli mütəxəssis bildirib.
Xatırladaq ki, Türkiyə Millisinin oyunçusu bu il "Fənərbağça"dan Madrid "Real"ına transfer olub.