Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mask süni intellekti bəşəriyyətin mövcudluğu üçün potensial təhlükə adlandırıb



"SpaceX", "Tesla" və X sosial şəbəkəsinin sahibi İlon Mask süni intellekti bəşəriyyətin mövcudluğu üçün potensial təhlükə hesab edir.

“Report” xəbər verir ki, o, bunu Böyük Britaniyanın süni intellektdən təhlükəsiz istifadəsi üzrə beynəlxalq sammitdə “PA Media” agentliyinə bildirib.

"İlk dəfədir ki, aramızda ən ağıllıdan daha ağıllı ola biləcək bir vəziyyətlə qarşılaşırıq. Biz digər canlılardan daha güclü və ya sürətli deyilik, lakin biz daha ağıllıyıq və indi tarixdə ilk dəfə bəşəriyyət üçün bizdən əhəmiyyətli dərəcədə daha ağıllı bir şey olacaq. Mən belə bir şeyə nəzarət edə biləcəyimizə əmin deyiləm, amma düşünürəm ki, biz bunu bəşəriyyət üçün faydalı olan istiqamətə yönəltməyə çalışa bilərik", - Mask deyib.

Süni intellekti bəşəriyyət üçün ən böyük təhlükələrdən biri adlandıran Mask sürətli inkişafda olan texnologiyanı həm dinc, həm də zorakı məqsədlər üçün istifadə olunan ikitərəfli qılınca bənzədib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10