Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. İcra hakimiyyətinin “gülləkeçirməz” Sığdaş Ərazi Dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev vəzifəsindən kənarlaşdırıldı


Son həftələr  Masallıda daha hansı kadr dəyişikliyi baş verib?

Cenub.az  bildirir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sərəncamı  ilə son günlər bir neçə icra nümayəndəsi  vəzifəsindən azad edilib. 

Bunların sırasında 20 ildən artıq bu vəzifədə çalışan, adi  bir sıra bəd əməllərdə hallandırılan, özü əksər şəxsləri, hətta yaxın qohumlarına, eləcə də bəzi jurnalistlərə yalançı məlumatlarla hədələsə də,  əslində özü çoxlarına hədə-qorxu gəlib. “Qarayaxma”üzrə ixtisaslaşan, bu yolla 20 ildən artıq vəzifəsini qoruyub saxlayan İsrafil Əliyevin  vəzifəsindən kənarlaşdırılması xüsusi maraq doğurur . Bu 20 ildə 7 icra başçısı ilə “dil” tapan, bir sıra xoşagəlməz əməlləri ilə çoxlarının qəzəbinə tuş gələn İsrafil Əliyev bəzi  şəxslərlə əlaqələrindən istifadə edib  vəzifəsini qoruya bilirdi. Hətta pandemiya dövründə təntənəli toy edən, bir neçə şəxs saxta arayış verən və digər xoşagəlməz əməllərlə məşğul olan  (Yəqin ki bu barədə daha detallı yazı təqdim edəcəyik),  youtube kanalında tənqidi ruhlu çoxlu verilişlərin hədəf olan İsrafil Əliyev   İcra başçısının son qəzəbindən qurtula bilmədi. Bu gün, noyabrın 1-də, axşamüstü idarənin möhürünü,  “kitab-dəftəri” təhvil verməli olub. 

Həmçinin bu gün Göyəçol kəndinin ərazi nümayəndəsi Xəzər Tağıyev  də vəzifəsi ilə vidalaşıb. 2 həftə öncə isə Qızlağac kəndinin ərazi nümayəndəsi  Elşad Abbasov vəzifəsindən  azad edilmişdi.  Hər 3 nümayəndənin vəzifəsi onların müavinlərinə  həvalə edilib.

1 ay öncə vəzifəsindən  azad edilmiş Qızılavar kəndinin  Ərazi nümayəndəsinin Əlamət Əzizovun  boş qalan postunu Masallının məşhur DSMF-cilərindən olan Talıb Əliyev   təyin olunmuşdur.

Cenub.az. Zahir Əmənov. ABDUL Əsgərli






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10