Masallı icra hakimiyyəti Başçısının müvafiq şöbələrinə bir neçə dəfə zəng vurandan sonra təxmini olaraq bildirdilər ki, burada Ağsaqqallar Şurası və Əlillər Cəmiyyəti üçün yeni binanın tikintisi işlərinə başlanılmışdır.
Bəzi mənbələr isə bildirdi ki, bu binadakı otaqlardan biri Rayon Yaşıllaşdırma idarəsinin ofisi olacaq. Başqa bir mənbə isə həmin əraziyə hazırda eşitmə qabiliyyəti əngəlli olan şəxslər üçün çayxana açılacaq. Daha dəqiq desək, Regional Dövlət Kollecinin həyətindəki “Lallar çayxanası” adlanan çayxana bura köçürüləcək. Əlavə məlumat almaq, eləcə də yeni tikilinin maketini əldə etmək üçün Yaşıllaşdırma idarəsinin rəisi Bağır müəllimlə əlaqə saxlamağa çox zəng edib, həm də əməkdaşları ilə ona xahişimizi çatdırmağı cəhd etsək də, əlaqə mümkünsüz oldu..
Cənub.az. Zahir Əmənov