Qarabağ küçəsində 13, 10, 12, 31, 32 nömrəli binalarda təmir-bərpa işləri görülür, il sonunadək əlavə olaraq təmirə ehtiyacı olan bir-neçə binalarda da təmir işlərinin görülməsi nəzərdə tutulmuşdur.
Ş.İ.Xətai parkının abadlaşdırlması işləri də davam edir.
-Parkda yaşıllıqların bərpası,
-yeni yaşıllıqların salınması,
- işıq dirəklərinin sayının artırılması
və digər təmir-bərpa işləri aparılır.
Şəhərin Natəvan küçəsi (Polis Şöbəsi ilə köhnə avtovağzalın yanındakı küçə),
Araz Seyfullayev küçəsi (Şərəfə kəndinə dönən yol),
Qurtuluş küçəsi (Dispanserə gedən yol)
Və sair küçələrdə yeni piyada səkilərinin qurulması,
küçənin işıqlandırılması,
hasarların təmiri və digər abadlıq işlərinə başlanılmışdır.
Əlavə olaraq
Heydər Əliyev prospekti,
Azərbaycan prospekti,
Qara Qarayev küçəsi (H.Aslanov küçəsinə birləşən küçə),
Seybətin küçəsi,
Seybətin dairəsi,
Cavad İbadov küçəsi (əvvəlki Digah küçəsi),
Qarabağ küçəsi, İntiqam Əsgərli küçəsi (İcra Hakimiyyətinin inzibati binasının arxasından Təzə bazara gedən yol),
S.Vurğun küçələrində də (köhnə 1 saylı bağçanın yanından Füzuli küçəsinə qədər) təmir-bərpa işləri həyata keçiriləcəkdir.
Cenub.az. Zahir Əmənov
Foto: Faiq Mirzə