Son illər Masallı şəhərində şəhərdaxili küçələrin əksəriyyəti asfaltlanıb və ya təmir edilib. Bundan əlavə əksər ərazilərdə şəhid ailələrin evlərinə gedən yollara asfaltlanıb. Bəs bu ilin sonuna kimi Masallı şəhərində hansı küçələr asfaltlanacaq. Masallı Rayon İcra hakimiyyətində əldə etdiyimiz məlumatları sizə təqdim edirik:
1. B.Səfəroğlu küçəsi (Z.Əliyeva küçəsinə birləşən) – 280 m,
2. N.Rəfibəyli küçəsi (Z.Əliyeva küçəsinə birləşən) – 300 m,
3. Adsız küçə-1 (Z.Əliyeva küçəsinə birləşən) – 330 m,
4. Adsız küçə-2 (Z.Əliyeva küçəsinə birləşən) – 170 m,
5. S.B.Memandarov küçəsi (E.Əhədov küçəsinə birləşən-Əlillər binasından Təzə bazara gedən yola birləşən küçə) – 210 m,
6. H.Cavid küçəsi (Dadva küçəsilə E.Hüseynov küçəsinə birləşən-Bioloji Təbabət Klinikasına birləşən küçə) – 290 m,
7. Ü.Hacıbəyov küçəsi (Dadva küçəsilə E.Hüseynov küçəsinə birləşən-Bioloji Təbabət Klinikasına birləşən küçə) – 290 m,
8. E.Hüseynov döngə-3 (Dadva küçəsi ilə E.Hüseynov küçəsinə birləşən-Bioloji Təbabət Klinikasına birləşən küçə) – 150 m,
9. M.Müşviq küçəsi (H.Əliyev prospektinə birləşən) – 150 m, Ş.İ.
10. Xətai döngə-3 (Xətai küçəsinə birləşən-DSMF-nin binasının arxa tərəfi) – 400 m,
11. T.Xudaverdiyev küçəsi (M.Ə.Sabir küçəsinə birləşən-Xətai küçəsindən döngə-2) – 320 m,
(məktəb yolu) – 1700 m, Kosakül yaşayış massivi
12. S.Həsənov Döngə-1 (İsgəndərli məktəbindən sonra 1-ci döngə) – 100 m.
Füzuli küçəsində abadlıq işləri yekunlaşdıqdan sonra yaxın zamanda asfaltlanma işlərinə başlanacaqdır.
Hal-hazırda asfalt vurulmuş küçələrdə yol çiyinlərinin bərkidilməsi işləri davam edir.
Əlavə olaraq İsgəndərli yaşayış massivində yerləşən, uzunluğu 1 km olan 3 küçəyə qum-çınqıl materialı verilmişdir.
İlin sonunadək digər təmiri zəruri olan küçələrə də qum-çınqıl materialının verilməsi nəzərdə tutulmuşdur.