Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qafqazlılar yəhudilərə qarşı: “Vur və Fələstini xilas et!”


Tezliklə bu etirazlar Qafqazdan Moskvaya qədər yayılacaq

Artıq bir həftəyə yaxındır ki, Qafqazda yeni ictimai-siyasi fenomen inkişaf edir. Fələstinə dəstək şüarları altında yəhudilərə və İsrailə qarşı yönəlmiş “kortəbii” kütləvi iğtişaşlar başlayıb.

Əvvəlcə Xasavyurt (Dağıstan) şəhərindəki mehmanxanada qonaqlara qarşı basqın təşkil olundu - onlar yəhudi qaçqınlarını axtarırdılar. Tapa bilmədilər.

Sonra Nalçikdə (Kabardin-Balkar) tikintisi başa çatmamış yəhudi dini milli-mədəni mərkəzi yandırıldı. Etiraz əlaməti olaraq görünür...

Oktyabrın 29-da axşam saatlarında isə izdiham Mahaçqalada (yenə Dağıstan) beynəlxalq hava limanına axışdı. Təl-Əvivdən gələn təyyarə etirazlarla qarşılandı. Yeri gəlmişkən, Təl-Əvivdən gələn təyyarə Rusiya aviaşirkətinə məxsus idi. Amma gələn sərnişinlərin pasportlarını şəxsən yoxlamaq istəyən etirazçı gənclər heç bir yəhudi tapmadılar, sonra polislə toqquşmaya başladılar...

Bütün bunlar ruslar tərəfindən kortəbii hərəkətlər və ya təxribat – Ukraynadan gələn təxribar kimi təqdim olunur. Konkret olaraq İlya Ponomarev kimilərinin “Telegram” kanalını misal göstərirlər.

Burada məncə başqa bir şey var. Milli və ya dini zəmində belə iğtişaşlar 1980-ci illərin sonlarında DTK-nın imzası ilə həyata keçirilirdi. Məsələn, Ermənistan-Azərbaycan, Abxaziya-Gürcüstan münaqişələrini göstərmək olar. Bölgə eynidir...

Məncə, indi bu işi FSB həyata keçirir. Ancaq təkcə müsəlmanları Ukrayna və yəhudi Zelenski ilə müharibəyə səfərbər etmək üçün deyil (mən artıq onun Bankova ilə bağlı ünvanının poqromistlərə bu gün “Telegram”da sızdırıldığı haqda “zarafat”ı oxumuşam).

Bunlar kortəbii hərəkətlər, etirazlar deyil. Bu, müharibədən və Putinin gedişindən sonra hakimiyyət uğrunda döyüş meydanında FSB-nin formalaşmasıdır. Rusiyadakı yəhudilər liberallar və qərblilərlə sinonimdir. Ona görə də Rusiya Federasiyasındakı İslam ümməti rus yəhudilərinin hakimiyyətə gəlməsinə imkan verməyəcəklər. Tezliklə bu etirazlar Qafqazdan Moskvaya qədər yayılacaq.

HƏMAS Moskvada əziz qonaqlar və müttəfiqlər kimi qarşılandı. HƏMAS-ın düşməni İsrail quru əməliyyatına başladı. Qafqazda sadə insan nə etməlidir? “Vur və Fələstini xilas et!”. Bu, mənim tərəfimdən hərəkətə çağırış deyil, sadəcə Rusiya imperiyasındakı qırğınlara işarədir.

Moskva təşəbbüsü aşağıdan götürəcək. Sadə insanlar televizorda hər şeyi öz gözləri ilə gördülər! Və sonra Moskva hava limanını ələ keçirdikləri üçün onlara terror maddəsi ilə iyirmi il verilir. Onda rus kafirlərini zindana salmağa imkan verməyən “Şamil işi” və şəriət qanunlarını xatırlayacaqlar. Bununla da bumeranq imperiyaya qarşı olacaq.

Müəllif: Vladimir Qorbaç – Ukrayna Avro-Atlantik Əməkdaşlıq İnstitutunun politoloqu.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10