Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hakim qərardadını ləğv etdi||--||



Hakim qərardadını ləğv etdi




Masallı rayon Məhkəməsinin 27 avqust 2010-cu il tarixli qərardadı ilə bizim Masallı rayon Təhsil Şöbəsi və Masallı Azad Təhsil İşçiləri Həmikarlar Təşkilatına qarşı �vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab olunması tələbinə dair� xüsusi iddia icraatı qaydasında ərizəm və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

Məktubun hüquqi əsaslarını araşdırdıqdan sonra məlum oldu ki, Masallı rayon Məhkəməsinin 27 avqust 2010-cu il tarixli Qərardadı qanuni əsaslar olmadan qəbul olunub və bu səbəbdən də ləğv edilməlidir.

Belə ki, mübahisələndirilən Qərardadda göstərilir ki, biz adı çəkilən cavabdehlərə qarşı iddia ərizəsini ümumi icraat qaydasında verməli olduğumuz halda məhkəməyə xüsusi icraat qaydasında müraciət etmişik. Məhkəmənin gəldiyi bu nəticə isə işin hallarına qəti uyğun deyil.

Buna görə hakim Nemət Musyevin qərardadından elə Masallı məhkəmısinə şikayət edərək bildirdik ki, biz hərəkət və hərəkətsizliyindən şikayət edilən vəzifəli şəxslərə və sair orqan və təşkilatlara qarşı iddia ərizəsini ümumi icraat qaydasında verməli deyilk və qərardadda göstərildiyi kimi xüsusi icraat qaydasında da məhkəməyə müraciət etməmişik. İddia ərizəsinin iş materiallarında olan nüsxəsindən göründüyü kimi biz Masallı rayon Təhsil Şöbəsi və Masallı Azad Təhsil İşçiləri Həmikarlar Təşkilatına qarşı �vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab olunması tələbinə dair� ərizəm xüsusi iddia icraatı qaydasındadır.

İddia ərizəmiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1 və 299.1-ci maddələrinin tələblərinə uyğun formada hazırlanıb və bu səbəbdən də məhkəmənin xüsusi iddia icraatı qaydasında ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə 27 avqust 2010-cu il tarixli qərardadı qanuni əsaslara malik deyil.

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinin nəzərə alaraq Masallı rayon Məhkəməsindən xahiş etdik ki, 27 avqust 2010-cu il tarixli qərardadını ləğv edərək iddia ərizəsinin icraata götürsün və iddiaya mahiyyəti üzrə baxsın. Sentyabrın 6-da keçirilən məhkəmə iclasında hakim Nemət Musyev şikayətimizlə bağlı məhkəmə prosesi keçirərək öz qərarını ləğv etdi və adı çəkilən məsələ ilə bağlı sentyabrın 16-na məhkəmıə baxışı müəyyənləşdirdi.

İndi qəribə sual yaranır - doğrudanmı hakim xüsusu icraat qaydası ilə xüsususi iddia icraatı qaydasının fərqini bilmir, ya bizi savadsız hesab edib, necə deyrlər, azdırmaq, məhkəmə prosesini bilərəkdən yubatmaq istəyir.

Onu da xatırladaq ki, məhz bu informasiya sorğularından qorxuya düşən bəzi məmurlar bizdən Mətbuat Şurasına (10 məmurun adından) və məhkəməyə (32 məmurun adından) şikayət etməyə başlayıblar. Çünki bunlar nəyə dözsələr də, onların puluna toxunan da çox dözümsüzlük göstərirlər. Dolayısı ilə bizə təzyiq edirlər ki, informasiya-filan məsələlər yadımızdan çıxsın.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10