Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xankəndiyə komendant təyin edilən general kimdir? – Dosye + Foto


Polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib.

Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb.

“Hərbi xidmətlərə görə”, "İgidliyə görə", “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var./yenisabah






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10