Vardanyanın Azərbaycan istintaq orqanlarına ötürdüyü məlumatlar dünyanı silkələyəcək.
Və Ruben Vardanyan danışdı… Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı “jurnalistlər”, “ekspertlər” və “hüquq müdafiəçiləri” – hazır olun!
Etibarlı mənbələrdən verilən məlumata görə, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və o vaxt ölməkdə olan “Artsax layihəsini” dirçəltmək üçün Xankəndinə göndərilən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə Azərbaycanın istintaq orqanları ilə əməkdaşlıq edir, o cümlədən xaricdəki çoxsaylı “etibarlı əlaqələri” ilə bağlı dil-dil ötür.
Beləliklə, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib. Bu sübutlara görə, Ruben onlarla siyasi və informasiya xarakterli lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparıb. Məsələn, dünya ictimaiyyəti tezliklə Ruben Vardanyanın “Karneqi Fondu” ilə əməkdaşlığının incə təfərrüatlarından xəbərdar olacaq. O cümlədən, britaniyalı ekspert Tomas De Vaala xüsusi salamlar çatdırılır -hazırlaşsın, onu xoşagəlməz sürprizlər gözləyir. Çünki gizli hər şey bir gün ortaya çıxır…
İstintaqın təfərrüatları açıqlananda (təsdiq edilmiş sənədlərlə) qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək. Kiçik oyunçular barədə isə danışmağa dəyməz…
O da məlum olub ki, Donetskdəki separatçı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib.
Və burada USAİD-in rəhbəri Samanta Pauer də hazırlaşmalıdır. Onun, yumşaq desək, Ruben Vardanyanla çox yaxın təmaslarının təfərrüatları Azərbaycan tərəfinə məlum olub. Ümumiyyətlə, sadəcə inanılmaz mənzərə ortaya çıxır – Amerika administrasiyasının əsas fiqurlarından biri olan Samanta Pauer Ruben Vardanyanla əməkdaşlıq edir. Vardanyan da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir.
Əsas sual budur ki, kim kimə işləyib? İstisna deyil ki, Ruben Vardanyan erməni klassikasına uyğun olaraq ikili agent olub. Nəticədə, “gözləri açılan” Rusiya onu “xərcləmək” qərarına gəlib. Onun həbsinə Rusiyanın tam etinasızlığı bunun nəticəsi ola bilməzmi?
Caliber