Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Cəlilabadlı sürücünün sükan arxasında ürəyi tutub və...” - Qəzada dünyasını dəyişən sürücünün qohumları danışdı...



Xəbər verdiyimiz kimi dünən Ələt-Astara yolunun Ələt qəsəbəsindən keçən hissəsində Cəlilabad rayon Maşlıq kənd sakini Abbasov Yəhya İzzət oğlu idarə etdiyi “Qazel” markalı avtomobilini aşırıb və qəza nəticəsində sürücü dünyasını dəyişib. Y.Abbasov axşam saatlarında Maşlıq kəndində dəfn edilib. 


Mərhumun qohumları bildiriblər ki, Y.Abbasovun sükan arxasında ürəyi tutub və idarəetməni itirərək qəza törədib:


“Y.Abbasov kənddən “Meyvəli” bazarına qarğıdalı daşıyırdı. Bilirsiniz ki, Maşlıq kəndində sakinlər kartof və qarğıdalı əkirlər. İyulun 15-də səhər tezdən kənd sakinlərindən birinin malını “Meyvəli” bazarına apararkən Ələt qəsəbəsi ərazisində Y.Abbasovun sükan arxasında ürəyi tutub və təxminən 150 metr getdikdən sonra maşın yoldan çıxaraq aşıb. Mərhumun ailəsinə də elə bazarda olan rayon sakinləri məlumat verib və meyit dünən axşam saatlarında dəfn edilib. Elə bir neçə gün idi ki, havaların isti keçməsinə görə özünü pis hiss etdiyini deyirdi”. 


Vasif Əlihüseyn






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10