Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəhidlik arzusu ilə yüzlərlə insanı təsirləndirən və sevindirən qəhrəmanımız Nəcməddin Quliyev


Uşaqlıq dostu Elvin Heydərova son arzusunu çatdıran Nəcməddin Quliyev ölümqabağı vəsiyyəti ilə də bir tarix yazdı.

Artıq çoxlarına bəllidir ki, Cəlilabad rayonun Çünzəli kəndindən hərbi xidmətə gedən Nəcməddin Quliyev son  döyüş ərəfəsində uşaqlıq dostuna bildirmişdi ki, şəhid olsa, şəhidliyimə görə ayrılacaq 11 min manata pulu kəndimizin yolun asfalt edərsiniz. Bu arzu ölkə mətbuatında böyük əks-səda  doğurdu. Tale elə gətirdi ki, Nəcməddin də şəhidlik zirvəsinə yüksəldi.   Bu video yayılan kimi şəhid

Azərbaycan Avtomobil Yolları Səhmdar Cəmiyyəti  hərəkətə keçdi.  Cəlilabaddakı 46 sayıl  yol istismar   idarəsi (Rəhbər Xudayar Rəhimovdur) həmin gün axşam saat 18-radələrindən hərəkətə keçdi. Qısa müddətə  bu idarənin texnikası və canlı qüvvəsi həmin əraziyə gəldi. İdarə rəhbərinin təşkilatçılığı və yüksək dərəcədə çevikliyi ilə şəhidin arzu etdiyi kəndarası yolla, 1.1 kilometr  məsafəyə yüksək səviyyədə asfalt döşəndi və şəhidin arzusu reallaşdı, . Belə ki,  eni 4 metr, qalınlığı 6-7 santimetr, uzunluğu 1,1 kilometr yol  səhərə yaxın  hazır oldu.

Bütün gecəni gərgin işləyən yol çəkənlər şəhidin arzusunu reallaşdırmaq üçün  gördüyü bu işlərdən ruhən çox rahatlıq oldular. 

Kənd sakinləri Nəcməddinin şəhidliyinə çox kədərlənsələr də,  illərlə bərbad olan küçənin asfaltlanmasından çox məmnun qaldılar.

Allah şəhidimiz rəhmət etsin.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10