Cənub.az bildirir ki, bu gün 26 sentyabr 2023-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı rayonundakı Viləşçay Su Anbarının sabiq müdirləri- Ağabəy Ağayev, Mahir Əliyev və həmin təşkilatın mühasibi Əjdər Fətullayevin məsələsinə baxılıb və onlar məhkəmə zalında həbs olunublar. Bu şəxslər korrupsiya əməlləri, rüşvət alma və digər qanunsuz əməllərinə görə həbs edilib və onlar haqqında həbs qəti imkan tədbirləri görülüb.
Məlumat cenub.az saytına mötəbər mənbələrdən daxil olub. Gün ərzində detalları sizə təqdim etməyə çalışacağıq.
Cenub.az. Zahir Əmənov