Təxminən 1 il öncə İcra başçısı Araz Əhmədovun sərəncamı ilə Masallı şəhər nümayəndəliyində kadr dəyişikliyi oldu. Belə ki, icra başçısı Araz müəllim Əbülfəz Nuriyev şəhər nümayəndəsi, Rəşad Dadaşov isə onun müavin vəzifələrindən azad etdi. Bu vəzifələr uzun müddət boş qalandan sonra 6 ay öncə Rövşən Sərxanlı müvəqqəti olaraq həmin vəzifəyə təyin edildi. Onun müqavilə müddəti bitdikdən sonra R. Sərxanlı həmin vəzifə ilə vidalaşdı.
Bu günlərdə isə həmin vəzifəyə 1973-ci il təvəllüdlü, Nazim Muradov təyin olunub.
Nazim Muradov Masallı Rayonunun Güllütəpə kəndində anadan olub. Gəncə Dövlət Pedaqoji Universitetini bitirib. Ali təhsil aldıqdan sonra bir müddət Masallı Rayonunun Yeni Zuvand məktəbində müəllim işləyib.
N. Muradov daha sonra hansı vəzifələrdə çalışıb?
- Güllütəpə inzibati Ərazi İnzibati Dairəsində Nümayəndə,
- 2012-2015-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində müdir müavini,
- 2015-2016-cı illərdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,
- 2016-2017-ci illərdə həmin şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı,
- 2017-ci ildən Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi,
2017-ci ildən 2021-ci ilə kimi Masallı Kommunal İstehsal birliyinin müdiri,
2021-ci ildən 2023-cü ilin sentyabr ayına kimi Masallı Mərkəzi Xəstəxanasında Dəstək Xidmətləri Şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Təbrik edir və uğurlar arzulayırıq.
Bəs Nazim bəy əvvəllər çalışdığı vəzifələrdə nələrlə yadda qalıb? Bununla bağlı yaxın vaxtlarda araşdırmamız olacaq.
Cenub.az. Zahir Əmənov