Qarabağa 2019-cu ilin ilk 6 ayında 12,6 min əcnəbi turist ziyarətə gəlib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə separatçı “Qarabağın idman və turizm işləri üzrə naziri” Artak Qriqoryan bildirib.
Separatçı qurum nümayəndəsi 2019-cu ilin ilk 6 ayında Qarabağa gələn turistlərin sayının ötən illə müqayisədə 68,5% artdığını qeyd edib.
Ötən illə müqayisədə 17 yeni mehmanxana kompleksi açılıb. Ümumilikdə, işğal altındakı ərazilərdə mehmanxana sayı 700-ü