Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Arvadını maşınla əzən, düşmən qızını ilanla zorlayan aktyorla bağlı QALMAQAL


Türkiyənin ən məşhur rejissoru və aktyoru Yılmaz Güney ölümündən 37 il sonra yenidən qalmaqalla gündəmə gəlib.

Aktrisa Farah Zeynep Abdullah aktyorun ölüm günündə onunla bağlı xoş xatirələr paylaşan həmkarının statusuna "qadınları ən yaxşı döyən, təcavüz edən zalım və şorgöz bir insan idi", deyə şərh yazmaqla Yılmaz Güneyin ailəsinin qəzəbinə tuş gəlib. Aktrisa onun ailəsi tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, Yılmaz Güney tanınmış aktrisa Nebahat Çehrenin həyat yoldaşı olub. O, dəfələrlə çəkiliş meydançalarında digər aktyor və aktrisalarla dava edən, xarakter etibarilə sərt, kobud bir insan idi. Nebahat Çehreni filmə çəkərkən onu hamının gözü önündə təhqir etmək, əzmək üçün başına stəkan qoyub tüfənglə atəş açmışdı. Daha sonra o, xanımını öz avtomobili ilə qovub, təkərləri altına almışdı. Şiddətə bu qədər meylli olması filmlərində də özünü göstərirdi. Yılmaz Güneyin rejissorluq etdiyi və baş rolda oynadığı “Qızım üçün” adlı bədii filmdə onun yaratdığı təcavüz səhnəsi hələ də izləyicilərin qanını doldurur. Düşmənin qızına təcavüz edən mafiya başçısı onun cinsi orqanına ilan soxur. Filmin bu kadrı hələ də izləyicilər və həmkarları tərəfindən birmənalı qarşılanmır. Şiddətə meylli olan bu adamın hətta gerçək həyatda da bu kimi təcavüz səhnələrindən ləzzət aldığını deyirlər. O, hətta filmlərə çəkdiyi aktrisalara da bir neçə dəfə təcavüz edib.

Yılmaz Güney silahsız bir məhkəmə hakimini sırf ləzzət almaq və öyünmək üçün güllələyib öldürmüş, bundan ötrü 19 il həbs cızası almışdı. 7 il həbsxanada qaldıqdan sonra oradan qaçan Yılmaz Güney ömrünü Fransada mühacir kimi başa vurub. “Çirkin kral” ləqəbi ilə tanınan bu sənət adamını həmkarı, onunla eyni filmlərdə rol almış İlyas Salman da xoş sözlərlə xatırlamayıb.

“Yaxşı rejissor ola bilərdi. Amma bu adam həmişə Türkiyəni bölmək istəyib, kürd- türk ayrımçılığı aparıb. Etiraf eləməliyik”,- deyə o bildirib./lent az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10