
Dağ kəndi, təmiz hava, su, ekoloji sağlam meyvə, tərəvəz, ərzaq, yaşıllıq və sakitlik...
Fotoda gördüyünüz eşşək yanındakı bu qoca ermənini Moderator.az işğal altındakı Azərbaycan torpaqlarında “tapıb”. Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, Eduard adlı bu erməni 1988-ci ildən bəri keçmiş Əsgəran rayonunun “Durray” adlanan qədim kəndlərindən birində(təəssüf ki, həmin məntəqənin əslində Azərbaycan adlı hansı kənd olduğunu öyrənə bilmədik) yaşayır. Burada doğulsa da, 1950-1960-cı illərdən Sumqayıta köçüb və uzun illər kimya zavodunda işləyib. Ermənilərin özlərinin xarici kəşfiyyatların rəhbərliyi ilə törətdiyi məlum Sumqayıt təxribatlarından sonra buraya gəlib. Hazırda kənddəki evində 80 yaşlı arvadıyla qalır. Qızları Xankəndidə, oğulları isə Rusiyada yaşayır. Buna baxmayaraq, qoca ermənilər həyatlarından narazı deyillər. Dağ kəndi, təmiz hava, su, ekoloji sağlam meyvə, tərəvəz, ərzaq, yaşıllıq və sakitlik... Bütün ata-baba, qohum-əqrəbalarının məzarı burada...

P.S. Qeyri-iradi qəlbimdən bir sual keçir; görəsən, Azərbaycan torpaqlarında eşşək belində gəzib, təmiz hava udan, saf su içən 81 yaşlı belə qoca ermənilər xoşbəxtdir, yoxsa Bakıda, Sumqayıtda bəzəkli göydələnlərdə yaşayıb, “Mersedes”də, “cip”də gəzib tozlu, tüstülü hava udan və 30 il Qarabağ torpaqlarına həsrət qalan, dədə-baba qəbirlərini ziyarət edə bilməyən, yeyib-içməkdən, hərəkətsizlikdən qarın bağlayan, şəkər, təzyiq, ürək, ciyər xəstəlikləri tapan 40-50 yaşlı bizlər?.. Dərindən düşünək və hərəkətə keçək...