DİN-dən verilən məlumata görə, hadisə rayonun Musaküçə kəndində baş verib. 25 yaşlı kənd sakini Elməddin Kərim oğlu Kərimova bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Hadisə yerinə təcili tibbi yardım briqadasının cəlb olunmasına baxmayaraq, Kərimov aldığı xəsarətlərdən vəfat edib.
İlkin məlumata görə, münaqişə Elməddin Kərimovla Viləş kənd sakini Fuad Əsgərov arasında baş verib. Mübahisəyə son vermək üçün Fuad Əsgərov "Olimpiya kompleksi"nə dostu, Qızılağac kənd sakini Höccət Soltanovla gəlib və sonuncu mübahisə zamanı Elməddin Kərimovu ürək nahiyəsindən bıçaqlayıb.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Fuad Əsgərov və Höccət Soltanov şübhəli şəxslər qismində saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən Elməddin Kərimov Masallı rayonunun Xırmandalı kəndindən idi. O, Vətən müharibəsinin iştirakçısı olub./cenublu.az