Necə deyərlər, eləmədim tənbəllik, sentyabrın 16-da başladım cənub bölgəsinin 6 - Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad, Masallı rayonlarında başlıqda qeyd etdiyim əlamətdar günlərin necə qeyd ediləməsini araşdırmağa.
Bəlli oldu ki, 6 cənub rayonunun heç birində Bakının erməni vəhşiliyindən azad edilməsinin, “Bakının Qurutuş günün” adı belə tutulmur. Sanki 105 il öncə bu nəhəngliyində hadisə olmayıb.
Bəs “Bilik günü” necə qeyd edilib?
15 sentyabrda Lənkəranda bir şəhidin anım günü qeyd olunub. (Həmin gün icra başçısı, müavinləri bir məktəbin də qapısını aça bilməzdimi?)
Masallı İHB-nin rəsmi saytında həmin gün bildirilir ki, Heydər Əliyev Mərkəzində bir QHT təhsillə bağlı film nümayiş etdirib və 3 nəfər çıxış edib. Yardımlıda isə icra başçısı Bal bayramında iştirak edib.
Astarada İcra başçısı vətəndaşların qəbulun keçirtdiyindən nə özünün, nə ərazi nümayəndələrinin məktəblərə getməyə vaxtı olmayıb .
Həmin icra hakimiyyəti başçılarının rəsmi saytlarından götürdüyüm məlumatlardan bəlli olur ki, 4 bu rayonların heç birinin rəhbəri həmin gün, “Bilik günü” rayondakı heç bir məktəbin qapısını açmayıb.
Lerik rayon icra hakimiyyətinin başçısı isə 65 yerlik bir modul məktəbin açılışında iştirak edib.
Bütün bunlarla müqayisədə Cəlilabad rayonuna bu sahədə həsəd aparmaq olar.
biri 360 yerlik,
3-ü 96 yerlik,
1-i 80 yerlik olan
5 məktəbin açılışı olub.
Həmin tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov, Regional Təhsil Şöbəsinin müdiri Elxan Nəcəfov və başqa rəsmi şəxslər iştirak edib.
İntəhası bilmədim , həmin məktəblərin də 4 ay öncə Masallıda açılışı olan 3 uşaq bağçası kimi açılışdan sonra qapıları bağlı olan bağçalar kimi “gözü yaşlı” qalacaq, ya orada uşaq da olacaq.
Qısası, Cəlilabad və Lerik rayonları istisna olmaqla cənub rayonlarındakı heç bir məktəbdə (Məktəblərin özü istisna olmaqla ) icra hakimiyyəti başçıların səviyyəsində dəyərli “Bilik günü” qeyd olunmadı.
Daha neçə uşağın məktəbli forması, ayaqqabısı, çantası yoxdur, dərs ili ərəfəsində bağça uşaqlarının sağlamlıq məsələsində uşaqlara nə zülüm yaşadırlar və s. barədə yazmıram. Desəm, yenə hörməti icra başçılar məndən inciyəcək.
Bəlkə bizim bilmədiyimiz bir şeylər var?
Haranı “qaşıyırsan”, “qan” çıxır.
Cenub.az. Zahir Əmənov