Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xilas naminə islahat və ya Netanyahunu həbsdən qurtaracaq siyasi gediş


“Məhkəmə islahatları İsrailin Baş naziri üçün şəxsi “həyat xətti”nə çevrilib

İsraildə məhkəmə-hüquq islahatlarının tətbiqi ilə bağlı daxili siyasi böhran artıq ölkə hüdudlarından kənara çıxıb və hazırda ABŞ və Təl-Əvivin müttəfiq ölkələrində müzakirə mövzusudur. Üstəlik, İsrailin Baş naziri Benyamin Netanyahu islahat uğurlu olarsa, ona qarşı açılan cinayət işlərinə təsir edə biləcək və bununla da həbsdən yaxa qurtarmağı bacaracaq. Belə nəticə “Dubravsky Consulting” Agentliyinin analitiklərinin geniş hesabatında yer alıb.

“Məhkəmə islahatları Benyamin Netanyahu üçün şəxsi “həyat xətti”nə çevrilib. Bu gün Netanyahu ictimai etimaddan sui-istifadə, mümkün korrupsiya və fırıldaqçılıqla bağlı cinayət işlərində şübhəli bilinir. Onun islahatdan sonra Ali Məhkəməyə təsir etmək, hətta onun qərarlarına (yeni qaydaların köməyi ilə) qarşı çıxmaq imkanları daha çox olacaq. Siyasətçi üçün bu, ona qarşı açılmış işləri ləğv etmək və ya onlara yenidən baxmaq şansı verir”, - deyə hesabatın müəlliflərindən biri Vladimir Nexoroşev deyir.

Hesabatda həmçinin qeyd edilir ki, İsrailin müttəfiqləri ölkə hakimiyyətini tamamilə islahat əleyhinə çıxan hakim koalisiya ilə müxalifət arasında kompromisə meylləndirirlər ki, bu da analitiklərin fikrincə, ölkənin icra hakimiyyətinin xeyrinə əhəmiyyətli disbalans yaradacaq.

Qeyd edək ki, məhkəmə islahatlarına qarşı kütləvi etirazların yeni dalğası barədə məlumat yayılıb. Ümumilikdə, mitinqlərin təşkilatçıları ölkə üzrə 150 aksiyanın keçirildiyini bəyan ediblər.

Qeyd edək ki, iyulun 24-də İsrail Knesseti nəhayət, məhkəmə islahatları haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. İslahat hakimiyyətin məhkəmə qoluna parlament nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən ölkənin Ali Məhkəməsinin hökumətin qəbul etdiyi qərarları ləğv etmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Turan Abdulla 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10