Sanki qarğanmış Şəhər İnzibati dairəsində aparıcı vəzifələr yenə boşdur
CENUB.AZ BİLDİRİR Kİ, Masallı Rayon İcra hakimiyyəti Başçısının sərəncamı ilə 2 il öncə Qızılavar kənd İnzibati Ərazi Dairəsini nümayəndəsi təyin edilmiş Əmanət Əzizov daşıdığı vəzifəsindən azad edilmişdir. Digər maraqlı təyinat Masallı şəhər nümayəndəliyində baş vermişdir.
Sanki Kamal Mazanov qondarma bəhanələrlə bu vəzifəsdən azad ediləndən sonra Masallı şəhər nümayəndəliyi qarğanıb. Kamal müəllimdən sonra şəhər nümayəndəsi təyin edilən Əbülfəz Nuriyev sanki həyatında ən böyük səhvini etdi. Qısa müddətdə bu vəzifədə çalışsa da, xeyli əndrabadi işlər görsə də nə özü, nə müavini vəzifələrini qoruya bilməyib, olan-qalan hörmətini də itirdi.
Bir müddət həmin vəzifəni nümayəndəliyin baş mühasibi Vahid Əhədov icra etdi. Daha sonra, daha dəqiq desək, 6 ay öncə Viləşçay Dəryaçasının Baş mühəndisi Rövşən Sarxanlı müqavilə ilə bu vəzifəyə təyinat aldı. Müqavilə müddəti bitdikdə isə rəhbərlik onunla yolları ayırmağa qərar verdi.
Qısası, Rayon icra hakimiyyətinin Masallı şəhəri İnzibati Dairəsi üzrə nümayəndəsi və müavini vəzifəsi yenə də boşdur. Hələlik isə bu vəzifənin icra idarənin mühasib-məsləhətçis Qara bəy müəllimə etibar edilib.
CENUB.AZ-a daxil olan məlumata görə, “çaydan bu tərəfə”, yəni qərb dərəfə daha 3 ərazi nümayəndəsi bir mahnıa deyilmişkən “dözəmməyib zindana” vəzivəsi ilə vidalaşmaq istəyir.
Cenub.az. Zahir Əmənov