Son 10 ildə Masallı rayonunda , demək olar ki, bir əsrdə çəkilməyən qədər yola asfalt döşənib. Rayonun ən əzablı yollarından olan Köhnə Alvadı -Güllütəpə, Ərkivan - Mahmudavar- Rudakənar, Türkoba-Hişkədərə-Miyankü, son 1 ildə Köçəkli -Həsənli, Təklə- Qızılağac, Oncəqala-Hüseynhacı, Kürdabaz- Qədirli-Xallıccalı, Məmmədxanlı-Şərəfə-Digah və sair yollara, 29 kilometr məsafədə yol yüksək səviyyədə asfaltlanıb. Muğan ərazisindəki yollar demək olar ki,əksəriyyətin asfalt döşənib. Bundan əlavə daxili imkanlar hesabına şəhid ailələrinin qapılarına qədər 10 kilometrlərlə yol asfaltlanıb.
Qarşıda Masallıda yolların asfaltlanması ilə bağlı 5 illik plan var. Bu planın ilk hədəfləri-
1) 7 km-lik Boradigah – Qumbaşıı yolu;
2) 6 kilometrlik Boradigah -Sərçuvar yolu;
3) 9,2 kilometr Sirəbil- Sərçuvar yolu;
4) 4. 4 kilometrlik Mololon – Mahmudavar yolu;
5) 5. 4, 5 kilometrlik Allahyarlı-Ərkivan yolu;
6) 6. 3, 8 kilometrlik Təzə Alvadı kəndindən içindən keçən kəndarası yol.
(Ümumilikdə 34,5 min kvadrat metr yola.
Bundan əlavə qarşıdakı ildə Masallı şəhərində 10 kilometrdən artıq yola (o cümlədən Masallı şəhər Cümə məscidindən şəhər 1 saylı məktəb yolu daxil olmaqla) asfalt döşənəcək. Bu siyahıya 20 kilometrdən də artıq yola çınqıl döşənməsi də əlavə edə bilərik.
Bu yolların çəkilməsində (Köçəkli yolu istisna olmaqla) 47 saylı Masallı Yol İstismarı MMC-nin xüsusi xidmətləri olub. (Rəhbər Mahmud Bağırovdur).
Bir məqamı xüsusi ilə vurğulamaq istəyirik ki, bu təşkilatın aldığı yeni Lazer texnikası imkan verir ki, yol çəkilində dalğavarı qüsurlar, çökmələr bir dəfəlik aradan qaldırılsın.
Qeyd: Bu uğurlar nə qədər fərəhli olsa da, 19 mindən artıq olan Ərkivan qəsəbəsində, bəzi şəhid ailələrinin evinə gedən yollar istisna olmaq, əksər qəsəbə daxili əsas küçələrin bərbad olması təəssüf doğurur. Hansı ki, bu küçələrin çoxu son dəfə 9 il öncə, Ərkivan qəsəbə adı olanda asfaltlanıb. Belə küçələrə Bağlaküçənin, Şahin marketin yanından keçən küçəni, Zeynoba küçəsini misal göstərmək olar.
Cenub.az. Zahir Əmənov