Cenub.az xəbər verir ki, Masallı Rayonunun Çaxırlı kənd sakini Elman Abdullayev bu gün, sentyabrın 10-da Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Elman Abdullayev YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin sürücüsü və həmkəndlisi idi.
O, ötən ayın, avqustun 9-da yaşadığı evin tövləsində uksus içərək özünü zəhərləyib, intihara cəhd etmişdi.
Həmin vaxtı yayılan məlumatlara görə intihar edən şəxsin sürücüsü olduğu müdiri Seyfəddin Əliyevlə ciddi ixtilafları olub.
Elman Abdullayev ötən ay uksus içdikdən sonra Bakıya müalicəyə aparılmış, onu sağaltmaq üçün ciddi cəhdlər olunsa da Elmanı xilas etmək mümkün olmamışdır.
Cenub.az saytına bir neçə mötəbər mənbələrdən daxil olan məlumatlara görə sürücü Elman Abdullayev bu gün səhər saatlarında Bakıdakı xəstəxanada vəfat etmişdir. Onun meyiti hazırda Bakıda müalicə aldığı xəstəxanadadır və yaxın saatlarda Masallıya gətirilib dəfn olunacağı bildirilir.
Allah rəhmət eləsin!
Cenub.az Zahir Amanov
Bu mövzu ilə bağlı ilk yazının linki burda:
https://cenub.az/14915-masalli-yap-sedrinin-surucusu-intihar-etdi.html