Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Lotu Qulu”nun əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir



Rusiyada "Şişkan" ləqəbli kriminal avtoritet - Oleq Medvedyev-Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” Basman rayon məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verib.  “Şişkan” Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edilir.

Məhkəmə iclasında kriminal avtoritet ittihamı başa düşmədiyini və qəbul etmədiyini bildirib. Şübhəlini 15 ilə qədər koloniya cəzası gözləyir.
Xatırladaq ki, bir müddət əvvəl “Ura.ru” portalı “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada “Şişkan”ın (Oleq Şişkanov) olduğunu yazmışdı.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10