Türkiyənin Mərsin vilayətində bələdiyyənin könüllülərə təsis etdiyi tərəvəz istehsal sahəsində bir ilk həyata keçirilib.
cenub.az xəbər verir ki, könüllü olaraq bələdiyyə parkında tərəvəz yetişdirən Salman Qələndər adlı şəxs Türkiyə və dünyada nadir olaraq yetişdirilən qara pomidoru istehsal etməyi bacarıb. Göz alıcı parlaq qara rəngdə olan pomidorları yetişdirən Qələndər hələlik xaricdən gətirdiyi toxumlarla bu işi bacardığını deyib.
Mərsində qara pomidoru ilk yetişdirən insan kimi böyük bir sevinc və xoşbəxtlik yaşadığını qeyd edən Qələndər "Çox xoşbəxtəm. Belə bir məhsul yetişdirmək bizə ayrı bir zövq və rahatlıq verir" deyib.