Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənistanın dəhşətli planı: “Yardım” adı altında TIR-larda daşıdıqları... - Şok faktlar


Qarabağda olan ermənilərin hansısa bir “status” qazanmaq istiqamətindəki addımları iflasa uğrayıb. Laçın üzərindən Ermənistandan guya yardım gətirən TIR-ların keçirilməsi ideyası mənasızdır. Çünki Azərbaycan ərazisindən beynəlxalq hüquqa zidd şəkildə hansısa bir “yardım” konvoyunun keçməsi mümkün deyil. Ona görə də, qarşı tərəf bu prosesi çox da inkişaf etdirə bilmədi. Sadəcə olaraq bundan təbliğat vasitəsi kimi yararlanmağa cəhdlər edildi. Bunun da bir faydası olmadı.

 Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycan bu istiqamətdə daha intensiv diplomatik təşəbbüslər etməlidir:

“Xüsusilə Ağdam-Xankəndi yolunun alternativi olmadığı bəyan edilməlidir. Ermənilərin hərəkət trayektoriyasının bu istiqamətdə olacağını göstərmək lazımdır. Bu mənada Laçından çıxış məqsədilə gedən ermənilərin buraxılması doğru addımdır”.

Partiya sədrinə gorə, buradan çıxan erməni əsilli şəxsin əlində Rusiya pasportu varsa və hansısa bir formada bölgəni tərk etmək istəyirsə, ona mane olmaq lazım deyil:

“Bu məsələdə əsas prinsip geriyə dönüşün olmamasıdır. Terrorçuluq fəaliyyəti ilə məşğul olmayan ermənilərin gediş-gəlişi və yaxud buranı tərk etməsi mümkündür. Onlar da artıq qərar verməlidir. Müharibənin bitməsindən üç il ötüb. Bu müddətə yerli ermənilər qərarlarını bildirməli idi. Onlar üçün Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yol qalmayıb”.

Fazil Mustafaya görə, Ermənistandan göndərilən TIR-ların içirəsində olan zərərli məhsullar elə sərhəddə qalsa yaxşıdır:

“Əslində Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin zəhərlənməsinin qarşısını alıb. Bu da növbəti hümanizm göstəricisidir. Ermənistan məhz bu təxribatı da hazırlamışdı. Ona görə də, Qarabağ erməniləri Bərdədə ya başqa yerdə Azərbaycan hakimiyyət təmsilçiləri ilə təmaslar qurub məsələni öz xeyirlərinə həll edə bilər”./Teleqraf.com 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10