Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı gənc 686,7 balla Xırdalan şəhərini şöhrətləndirdi


Yaxud, dəyərli ailənin dəyərli davamçısı

Bu ilki buraxılış imtahanlarında maksimum balın, 700- lük göstəricinin bir addımlığında olan İsmayıl Abdullayev Eltəkin oğlu yekun nəticəyə görə hər iki imtahandan əldə etdiyi  göstəricilərə görə 686 ,7 bal toplamağa nail olub.

Belə ki, o, buraxılış imtahanlarından 294,2, qəbul imtahanlarında isə 392,5 bal toplayaraq yekunda 286,7 ballıq nəticə göstərdi.  . 

İsmayıl Abdullayev Masallı şəhərində anadan olub. 7-ci sinfə qədər Masallı şəhər 3 saylı tam orta məktəbində oxumuş, daha sonra ailə vəziyyəti ilə əlaqədər Xırdalan şəhərinə köçüblər.

İsmayıl rəhmətlik Hacı Həsən Abdullayevin oğul nəvəsidir. Xatırladaq ki, Hacı Həsən özü, eləcə də İsmayılın atası Eltəkin, eləcə də əmisi Vəli Abdullayev orta məktəbi və ali məktəbi fərqlənmə diplomları  ilə bitiriblər.

Bir neçə il öncə isə onun bacıları yüksək bal toplayaraq ali məktəblərə daxil olublar.

Qısası, İsmayıl dəyərli nəslin dəyərli davamçısı kimi ömür yolunu uğurla davam etdirir.

O, bundan sonrakı təhsilini Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi fakültəsində  davam etdirməyə qərarlıdır.

Təbrik edirik.

Cenub.az. Urfanə Məlikova






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10