Azər Qasımlı: “Gürcü tərəfinə ciddi narahatçılığımızı çatdırmalıyıq və onlardan bu provokasiyaların qarşısını almağı tələb etməliyik”
“Azərbaycan hökuməti Keşikçidağda baş verən insidentlə bağlı vaxt itirmədən sərt mövqe ortaya qoymalıdır. Kənar qüvvələrin bu məsələdə əlinin olması ehtimalını nəzərə alaraq bu tipli provokasiyaların qarşısı alınmalıdır”.
AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” səhifəsində Respublikaçı Alternativ Partiyasının (ReAL) Məclis sədri Azər Qasımlı fikir paylaşıb. Onun fikrincə, ilk növbədə gürcü tərəfinə ciddi narahatçılığımızı çatdırmalıyıq və onlardan bu provokasiyaların qarşısını almağı tələb etməliyik.