Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Laçın dəhlizi” kampaniyasının son məqsədi nədir?


“Humanitar karvan hələ də buradadır və Dağlıq Qarabağ xalqının əsas ehtiyaclarını ödəmək və aclığa son qoymaq üçün onlara çatdırılmasını gözləyir”. Erməni mətbuatı xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün X (Twitter) mikrobloqunda yazıb.

“Lakin həyat yolu olan Laçın dəhlizi artıq neçə aydır ki, Azərbaycan tərəfindən bağlanıb. Aralarında 2 mini hamilə qadın, 30 mini uşaq, 20 mini qoca, 9 mini əlil olmaqla 120 min insan qida çatışmazlığı ilə mübarizə aparır və hər gün Laçın dəhlizinin blokadasının aradan qaldırılmasını  gözləyir.

Beynəlxalq ictimaiyyət, xüsusənErmənilər Azərbaycanı geri çəkilməyə vadar edərək prosesi dörd ay əvvələ qaytarmaq istəyirlər  də BMT Təhlükəsizlik Şurasının üzvləri Azərbaycanın etnik təmizləmə və soyqırımı üçün rıçaq kimi istifadə etdiyi aclığı silaha çevirməsinə son qoya bilər”, – o deyib.

Ermənilərin son bir neçə həftə ərzində bütün dünyada apardıqları informasiya və təbliğat kampaniyasının məntiqinə tam uyğun gələn bəyanat. Burada Avropa paytaxtlarında etirazlar da, Ermənistan XİN-dən Qərb dövlətlərinin xarici işlər orqanlarına telefon zəngləri də, Bakıya təzyiq göstərilməsi üçün beynəlxalq təşkilatlara çağırışlar da var. Və hər şey bir məqsədə xidmət edir: Ermənistandan gələn bütün yüklərin “Laçın” postundan keçməklə Laçın yolu vasitəsilə Qarabağa aparılmasına icazə verilsin.

Rəsmi İrəvan və Xankəndindəki separatçılar bundan əvvəl də Qarabağda guya hansısa “humanitar fəlakət” və “aclıq” yaşandığı barədə hay-küy salırdılar. Azərbaycan humanitar yardım üçün başqa marşrutu – Ağdam-Xankəndi yolunu istifadə etməyi təklif edəndən sonra isə fəryadlarını dəfələrlə artırıblar. Amma ciddi şəkildə düşünsək, aclıq çəkən bir insan üçün qidanın ona hansı yolla gətiriləcəyi prinsipial əhəmiyyət kəsb etmir. Buradan belə nəticə çıxır ki, Qarabağda əslində heç bir aclıq yoxdur. Çünki 20 günə yaxındır ki, tonlarla ərzaq yüklü yük maşınları “Laçın” postunun yaxınlığında dayanır, amma Ermənistan rəsmilərindən heç kim onların başqa yolla Qarabağa getməsinə icazə verməsini Bakıdan xahiş etmir. Yəni, beynəlxalq ictimaiyyətə ünvanlanan yardım çağırışları, etirazlar, “aclıq yolu ilə soyqırımı” ittihamları – bütün bunların hamısı heç bir praktiki əsası olmayan informasiya hay-küyüdür. Dünyaya  aclıqdan az-çox arıqlayan bir nəfər belə Qarabağ ermənisi təqdim olunmayıb.

Ona görə də ortaya çıxan əsas sual ondan ibarətdir ki, bu kampaniya konkret olaraq nəyə hesablanıb? Doğrudanmı İrəvan və Xankəndidə ciddi şəkildə inanırlar ki, bu cür hay-küylə Azərbaycanı güzəştə getməyə və malların nəzarətsiz şəkildə Laçın yolundan keçməsinə icazə verməyə vadar edə bilərlər? Onların bu səyləri böyük ehtimalla heç bir zaman baş tutmayacaq “son nəticəyə” dəyərmi? Yoxsa Bakını “Laçın” sərhəd-keçid məntəqəsini sökməyə, yəni bu ilin aprelindən əvvəlki dövrə qayıtmağa məcbur edə biləcək qüvvə var?

Müstəqil politoloq Xəqani Cəfərli Press Kluba verdiyi açıqlamada bildirib ki, Ermənistanın Laçın “dəhlizi”nin açılması istiqamətində atdığı diplomatik addımlar uğursuzluğa düçar olduqdan sonra ermənilər yeni siyasi hiyləyə əl atıblar.

Onun fikrincə, “Humanitar karvan” adı altında təşkil edilən siyasi şou erməni hiyləsindən başqa bir şey deyil. Politoloqun sözlərinə görə, İrəvan və Xankəndinin bədnam Laçın dəhlizini açmaq cəhdləri siyasi motivlidir.

“Laçın yolunun Ermənistanla sərhəd hissəsində “Laçın” sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra ən böyük uğurudur. “Laçın” keçid məntəqəsinin yaradılması bədnam Laçın “dəhlizini” adi nəqliyyat yoluna və ya nəqliyyat dəhlizinə çevirdi. İndi ermənilər prosesi 23 aprel 2023-cü il tarixinə qaytarmaq və Laçın “dəhlizini” bərpa etmək istəyirlər. Çünki siyasi ədəbiyyatda və beynəlxalq hüquqda “dəhliz” termini əsasən anklavla böyük vətən arasındakı məkanı ifadə edir. “Laçın dəhlizi” ifadəsi həm də Azərbaycanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə erməni anklavının mövcudluğu təəssüratı yaradırdı. Azərbaycanın milli maraqlarına zidd olan Laçın “dəhlizi” 2020-ci il noyabrın 9-da hərbi-siyasi reallıqların və Rusiya diplomatiyasının uğuru kimi yaranmışdı və Azərbaycan ilk fürsətdə bu ziddiyyəti aradan qaldırmalı idi. Nəhayət, 23 aprel 2023-cü ildə “Laçın” sərhəd-keçid məntəqəsinin yaradılması ilə bu ziddiyyət aradan qaldırıldı. Azərbaycan bundan sonra heç bir halda “Laçın” keçid məntəqəsinin sökülməsinə razı ola bilməz. Bu, işğaldan azad edilmiş ərazilərin bir hissəsinin, məsələn, Şuşanın ermənilərə verilməsinin mümkünsüzlüyü kimi eyni siyasi əhəmiyyətə malikdir. Azərbaycan cəmiyyəti bu məsələdə hakimiyyətin atdığı bütün addımları dəstəkləməli və “Laçın” keçid məntəqəsinin yaradılmasının Azərbaycan xalqının vahid iradəsi olduğunu nümayiş etdirməlidir”, – Cəfərli qeyd edir.

O, Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğal olunmuş rayonların qeyd-şərtsiz azad edilməsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etmədiyini xatırladıb. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiya isə BMT Təhlükəsizlik Şurasının İran və Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edən qətnamələrini ardıcıl olaraq pozur.

“Ermənistan və onun əsas müttəfiqi olan Rusiyanın beynəlxalq hüquq normalarına əməl etmədiyi bir şəraitdə Azərbaycan heç bir halda beynəlxalq hüquqla tanınmış hüquqlarından, milli maraqlarını təmin etməkdən geri çəkilə və “Laçın” sərhəd-keçid məntəqəsinin mövcudluğundan imtina edə bilməz”, – politoloq bildirib.

Rauf Orucov/pressklub 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10