Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həbsdə yatdı, məşhur aktyorları döydü, təsadüfən ulduz oldu


Yeni “Kinoya sürgün” rubrikasını təqdim edirik. Bu rubrikada təsadüfən filmə çəkilib şöhrətlənmiş aktyorlardan danışacağıq. İlk qonağımız Denni Trexodur.

Meksika əsilli kinoaktyor Denni Trexonun kinoya gəlişi tam təsadüfi olub. O, “Oskar “ mükafatı almasa da, elit aktyorlar siyahısında olmasa da üzü onlarınkından heç də az tanınmır. Oynadığı filmlərdə hər zaman qəddar, vəhşi, cani kişi obrazları yaradan Denni epizodik rolları da unudulmaz edə bilib.

Denni kinoya gələnə qədər bir neçə mağazanı qarət etmiş, 6 dəfə (ümumilikdə 11 il)  həbsdə yatmışdı. İlk dəfə məhkumluq həyatını 12 yaşında yaşamış, elə o yaşda narkotik maddələrin də dadına baxmışdı. Həbsdə olarkən boks üzrə Pensilvaniya çempionu olmuşdu.

Bəxti ona 45 yaşından sonra yar olur. Rusiyadan ABŞ-a köçmüş rejissor Andrey Konçalovski onu təsadüfən kəşf etmidşi. Hollivudda “Qaçqın qatar” filminin çəkilişləri gedirdi. Baş rolda Culiya Robertsin qardaşı Erik Roberts çəkilirdi. Lakin aktyorların böyük əksəriyyətinin narkotik maddələrdən istifadə eləməsi Konçalovskini əsəbiləşdirir. Heç kimi ayıq başla tapa bilməyən rejissor köməkçisinə bir nəfər tapıb gətirməyi tapşırır. Onun zəhmli sifəti aktyorları qorxutmalı və o çəkiliş meydançasında asayişə nəzarət etməliydi. Köməkçi də iş axtaran zəhmli sifətli Denni Trexonu tapıb gətirir. Həqiqətən aktyorlar Dennidən möhkəm qorxurlar. O zarafat etmirdi, deyirdi və döyürdü. Denninin işi və çirkin, zəhmli olduğu qədər də cazibədar siması rejissorun xoşuna gəlir və ona da filmdə rol verir. O gündən keçmiş məhkumun ulduz həyatı başlayır. Məşhurlaşdıqdan sonra o narkotiklərə qarşı təbliğata başlayır.

79 yaşlı Denni Trexo 200-dən çox Hollivud filmində mənfi qəhrəmanları canlandırıb. Bu gün də məmnuniyyətlə çəkilir və maraqla qarşılanır.


 lent az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10