Bəlkə də balaca məsələdir. Lakin hər kəs haqqını tələb etsə, uğur da qazanır.
Cənubxəbərləri.com xəbər verir ki, Cəlilabad rayon Muğan sakini Sadıxov Mahir Gülağa oğlu həmin rayonun məhkəməsində Cəlilabad rayon Qaz İstismar İdarəsinin onu əsassız olaraq 550 manat cərimə etməsiylə bağlı iddia qaldırıb. Üç ay sürən prosesdən sonra məhkəmə vətəndaşın iddiasını təmin edib.
M.Sadıxov saytımıza açıqlamasında: ötən qış Cəlilabad rayon Qaz İstismar İdarəsinin əməkdaşları mənə bildiriblər ki, guya sayğaca müdaxilə etmişəm.
M.Sadıxov isə sayğaca müdaxilə etmədiyini onlara izah etməyə çalışsa da, buna məhəl qoyan olmayıb və ona 550 manat cərimə yazılıb. Məsələ ilə bağlı məhkəməyə üz tutub və vətəndaş məhkəməni “udub”.
Tural