Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının ən qocaman , 30 il eyni əraziyə rəhbərlik etmiş məmur vəzifəsi ilə vidalaşdı


Cenub.az bildirir ki, 1993-cü ildə Masallı Rayonunun Hişkədərə İnzibati Ərazi Dairəsinə 38 yaşında nümayəndə təyin edilmiş, hazırda 68 yaşlı Qumru Cəfərova yaş həddinə görə vəzifəsi ilə vidalaşıb.

 Qumru Cəfərova gah qətiyyətli addımları, bəzən isə  normaları aşan sərt rəftarı ilə bu qədim kəndi 30 il idarə etməyi bacardı. Hətta medal da alıb. O, işlədiyi müddətdə 8 icra başçısı ilə  – Teymur Yəhyayev, Şirəli Əhədov, Azər Səfərov, Oqtay Əliyev, Qəzənfər Ağayev, Rafil Hüseynov, Şahin Məmmədov və Araz Əhmədovla (1 il) "dil" tapıb,  vəzifəsini qoruya bilib. Qumriyyə xanıma, türklər demiş,  iyi istirahətlər arzulayırıq.

Hazırda onun yerinə təyinat olunmayıb.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10