Daşkəsən rayonunda intihar hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun Çovdar kəndində qeydə alınıb.
Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb.
Onun meyiti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, S.Süleymanov nişanlı olub, onun yaxın günlərdə toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır./Oxu.Az