Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çəkilişlərdə başlarına nələr gəlmədi? - Dişi çıxarılan, donan, kökələn ulduzlar


Hollivud ulduzlarının qazandıqları milyonları görənlər onların hər şeyi asanlıqla qazandıqlarını düşünürlər. Lakin film çəkilişlərində aktyorların nələr çəkdiyini az adam bilir.

Çəkiliş meydançasından maraqlı faktları təqdim edirik.

Leonardo Di Kaprioya “Oskar” qazandıran “Sağ qalmış” filmi real alınsın deyə, kompüter qrafikasından çox az istifadə edilib. Aktyor dağlarda buzlu suda islanıb, ölmüş atın qarnını öz əlləri ilə yarıb.

Bred Pitt “Döyüş klubu” filminə çəkilərkən rejissor ona parlaq, ağappaq dişlərini sökdürməyi  və başını keçəl qırxdırmağı əmr edib. Bred Pitt də məcbur olub əməl etsin.

Kris Evans “İntiqamçı” filminin son dublunda başqa filmin çəkilişlərinə başladığı üçün saqqal saxmalı olub. Rejissor isə filmi yemək səhnəsi ilə sonlandırmalı idi. Saqqalını gizlətmək üçün Kris üzünə silikon maska yapışdırsa da, maska qopub düşməsin deyə. yemək yemir, sadəcə süfrə başında oturur. 

“Altıncı hiss” filminin çəkilişi amanı rejissor aktyorları buzlu otaqda çəkib. Nəfəslərindən buğ çıxsın deyə.

“Armeqeddon” filminin çəkilişləri zamanı Ben Afflekə özünə “Hollivud” təbəssümü verən dişlər düzəltdirsinlər deyə 20 min dollar ödənilib.

Enn Hetuen “Şeytan Prado geyinir” filmində 5 kilo kökəlib, sonra filmin axırında təcili arıqlamalı olub.

“Zooluşka” filminin çəkilişləri zamanı aktrisa Lili Ceyms geniş ətəkli libasına görə tualetə getməkdə çətinlik çəkib və əcdadları olan kübar xanımlar kimi altına ləyən gətirilib. Şahzadə rolunu oynayan Riçard Meddenə isə xüsusi bandaj-tuman geyindirilib.

Ancelina Coli “Malifisenta” roluna çəkilərkən başında gəzdirdiyi buynuz və üzündəki silikon yanaqlar üzündən saatlarla qrim otağında qalmalı olurdu.

Marqo Robbi idmançı Tonya Hardinqin rolunu ifa edərkən ona bənzədilmək üçün gözlərini yapışqanla aşağı dartmış, protez dişlə gəzməli olmuşdu./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10