
İlkin məlumata görə o,Bakıda Hovsan qəsəbəsində dostu iləbalıq tutmağa gedib və orada bu bədbəxt hadisə baş verib. Verilən məlumata görə dalğıclar dostuna xilas etsə də (o da hələ ki ayılmayıb), lakin İlham Rəsulovu tapmaq olmayıb. Güclü külək olduğu üçün axtarışlar sabah davam edəcək.
İlham Rəsulov digər ərkivanlı Əhədov Paşa Urğşan oğlunun yeznəsidir.
Digər məlumat isə ondan ibarətdir ki, Bakıda baş vermiş qəza nəticəsində bir ərkivanlı uşaq dünyasını dəyişib (Zeynova məhəlləsi)
Bu barədə oxu.az-ın yazdığı məlumata görə H.Əliyev prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsində 13 yaşlı oğlan ölüb.
Məlumata görə, “Lexus” və “Mercedes” markalı minik maşınlarının toqquşması nəticəsində avtomobillərdən birində olan 2006-cı il təvəllüdlü Yusifov Namiq Zamin oğlu xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə prospektin Sabunçu rayonu ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində qeydə alınıb. Yolda bir müddət tıxac yaranıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov hadisə ilə bağlı Oxu.Az-a bildirib ki, “Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətində gedən yolda “Lexus” və “Mercedes” markalı minik maşınları toqquşub, avtomobillərdən biri aşıb.
Qeydimiz. Aldığımız ilkin məlumata görə ölən uşaq Cavadov Aydın Alim oğlunun övladıdır.
Hər iki ailəyə səbir diləyirik.

